Sənət 13:58 07.11.2018

Kamran Şahmərdan: "Teatra maraq uşaqlıqdan formalaşdırılmalıdır"

"Biz uşaqlarımızı teatra aparmalıyıq. Bu sahəyə maraq uşaqlıqdan formalaşdırılmalıdır".

Bunu noyabrın 6-da M.A.P. Festivalının açılışında Qaynarinfo-ya açıqlamasında layihənin bədii rəhbəri Kamran Şahmərdan deyib. O, sovet dövründə kəndlərimizdə yaradılmış klubların səmərəli istifadə edilməməsinə, əksər rayonlarımızda teatr tamaşalarının nadir hallarda göstərilməsinə məyus olduğunu ifadə edərək, sözügedən layihənin növbəti illərdə rayonlarımıza da aparılacağını bildirib:

"Bu sahədə çatışmazlıqlar çoxdur. Professional rejissor, dramaturq qıtlığımız var. Amma biz onları böyütməliyik. Bu layihəyə yeni başlamışıq. Hər il təbliğ edəcəyik və gələcəkdə bu festival rayonlara da aparılacaq".
 
Çingiz Səfərli