Dünya 17:59 06.08.2013

Təbii qaz kəmərində güclü partlayış

İranın cənubunda təbii qaz kəmərində güclü partlayış baş verib.

APA-nın “Fars” xəbər agentliyinə istinadən məlumatına görə, partlayış İranın Xuzistan vilayətində Mahşəhr-Əhvaz magistral yolunun üzərində yerləşən “Maron” neft-kimya zavodunda “mavi yanacaq” kəmərində qeydə alınıb.
 
Nəticədə böyük yanğın əmələ gəlib və bölgəni tüstü qatı bürüyüb. Hadisə yerinə xilasetmə və yardım qrupları ilə yanaşı, “Maron” neft-kimya zavodunun direktoru və digər səlahiyyətliləri gəlib. Partlayışın səbəbi, ölən və ya yaralananların olduğu barədə heç bir məlumat verilməyib.

Qaynar.info