Ölkə 22:25 11.07.2018

Təcili yardım avtomobili qəzaya uğradı: Yaralılar var

Ağstafada yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, Qazax rayon Təcili Tibbi Yardım Stansiyasına məxsus maşın "Mercedes" markalı avtomobillə toqquşub.

Qəza nəticəsində xəsarət alanların olduğu bildirilir. Məlumata görə, yaralıların arasında tibb işçiləri də var.

Faktla bağlı araşdırma aparılır.