Ölkə 12:20 21.10.2013

Təcili yardım maşını piyadanı vuraraq öldürdü

Azərbaycanda təcili yardım avtomobili piyadanın ölümü ilə nəticələnən yol qəzası törədib.

Abşeron Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, yol-nəqliyyat hadisəsi Kürdəxanı-Zabrat yolunun rayonun Məhəmmədi qəsəbəsindən keçən hissəsində qeydə alınıb.

Namiq Zahid oğlu Əliyevin idarə etdi “90-JD-688”  dövlət nömrə nişanlı “Mercedes Spirinter” markalı təcili yardım avtomobili yolu keçmək istəyən Namiq Fərhad oğlu Mustafayevi vurub. N. Mustafayev aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.  

Qaynar.info