Yazıçı Anarın "5 mərtəbəli evin 6-cı mərtəbəsi" romanı əsasında çəkilmiş, Azərbaycanın ən populyar filmərindən olan "Təhminə və Zaur" filminin ikinci hissəsinin çəkilməsi barədə sosial mediada iddialar yer alıb.
"Qaynarinfo" xəbər verir ki, iddiaların yer almasına səbəb bir müddət əvvəl "Facebook" sosial şəbəkəsində "Təhmin və Zaur" adlı film səhifəsinin yaradılması və filmin afişasında 19 oktyabr tarixində yayımda olması ilə bağlı məlumatın qeyd olunmasıdır.
Afişadan aydın olur ki, "Cinemazadeh" studiyası tərəfindən hazırlanan filmin baş rollarında Fərda Amin, Kəmalə Piriyeva və Elcan Rəsulov yer alıb.
Ancaq məsələ bundadır ki, qeyd olunan aktyorların hər biri əsasən komediya sahəsində ixtisaslaşan aktyorlardır. "Təhminə və Zaur" filmi isə melodrama janrında çəkilmişdi.
Məsələ haqqında daha ətraflı məlumat əldə etdikdən sonra oxucularla paylaşacağıq.
Qaynarinfo.Az
Şərhlər