Dünya 09:38 15.12.2019

Tehranda çirkli hava səbəbindən məktəblər bağlandı

İranın paytaxtı Tehranda hava çirkliliyi səbəbindən məktəblər tətilə buraxılıb.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, paytaxtda ürək və ağciyər xəstəliyindən əziyyət çəkənlər də icazəli hesab ediləcək və tıxacın qarşısın almaq üçün tək-cüt nömrə tətbiqinin əhatə dairəsi genişləndiriləcək. Bununla yanaşı şəhərdaxili ictimai nəqliyyatda gediş haqqıları aşağı salınacaq. Tehran meri Ənuşirəvan Möhsüni hava çirkliliyinin 150 mikroqram/kubmetr olacağını açıqlayıb.

Qeyd edək ki, Tehran hava çirkliliyinə görə, dünyada 12-ci yerdədir.