Ölkə 22:35 23.09.2018

Tehranın deputatı Azərbaycan dilinin tədrisini istəyir

Tehranın İran parlamentindəki millət vəkili Təyyubə Siyavuşi Şahinayəti ölkədəki qeyri-fars millətlərə məxsus dillərin tədris olunmasını istəyib.

Qaynarinfo axar.az-a istinadən xəbər verir ki, millət vəkili yerli dillərin tədrisi ilə bağlı İran Konstitusiyasının 15-ci maddəsinin icrasını tələb edib.

"Konstitusiyanın 15-ci maddəsi fars dili ilə yanaşı digər yerli dillərin məktəblərdə tədrisini təkid edir. Ona görə də geyimlə məşğul olmaqdansa, məktəblərdə yerli və ana dilinin tədrisi məsələsini həll etmək lazımdır”, - o bildirib.

T.Siyavuşi Şahinayəti vurğulayıb ki, məktəblərdə ana dilinin tədrisi prioritet məsələ olmalıdır.