Ekonomiks 15:10 17.01.2015

Təhsil naziri müəllimlərin maaş artımını şərh etdi

Təhsil naziri Mikayıl Cabbarov müəllimərin maaşının artırılması sərəncamı ilə bağlı brifinq keçirir. 

“Qafqazinfo”nun tədbirdə iştirak edən əməkdaşının məlumatına görə, nazir bu sərəncamın dünyada kifayət qədər maraqlı çağırışlarla dolu olan bir zamanda verildiyini bildirib:

“Dünyanın bir sıra ölkələrində iqtisadi büdcə baxımından problemlər yaşanır. Belə olan halda dövlət başçısı tərəfindən bu sərəncamın verilməsi əhəmiyyətlidir. Bu müəllim peşəsinə olan hörmətdir.

Biz 2013 -cü ilin birinci yarısından etibarən ekspertlərlə birgə müəllimlərin maaşının artırılması ilə bağlı vəziyyətdən çıxış yolunu axtarırdıq. Qeyd edim ki, məktəblərdə aşağı dərs yükündə çalışan müəllimlərin sayı əhəmiyyətli dərəcədədir. Biz minimal dərs yükünü 6 saat müəyyənləşdirdik”.

Təhsil naziri ötən il Bakıda müəllimlər arasında keçirilən sınaq qiymətləndirilməsindən də danışıb: 

“Yekunda yüksək nəticə əldə etmiş müəllimləron dərs yükü artırıldı. Dərs yükü 18saata çatdı. Dünyanın əksər ölkələrində müəllimin dərs yükü 18saatdır”.

Qaynar.info