Ölkə 18:14 21.05.2018

Təhsil naziri yeni direktor təyin etdi (FOTO)

Təhsil naziri Ceyhun Bayramov Bakı İdarəetmə və Texnologiya Kollecinə (BİTKol) direktor təyin edib.

Təhsil Nazirliyindən Qaynarinfo-ya verilən məlumata görə, təhsil naziri Ceyhun Bayramovun 21 may 2018-ci il tarixli əmri ilə Faiq Şaban oğlu Şahbazlı Bakı İdarəetmə və Texnologiya Kollecinə (BİTKol) direktor təyin olunub.

F.Şahbazlı 1955-ci il aprelin 25-də Dəvəçi (indiki Şabran) rayonunun Orta Əmirxanlı (indiki Vələsli) kəndində anadan olub. 

O, üç fənn proqramının, beş orta məktəb dərsliyinin, bir metodik vəsaitin, 70-dən artıq məqalənin müəllifi, "Azərbaycanın təhsil siyasəti” ikicildliyinin tərtibçisidir. Onlarca müxtəlif əsərlərə redaktorluq edib. Özbəkistanda, Türkiyədə elmi konfranslarda iştirak edib. 

F.Şahbazlı Azərbaycanın qabaqcıl təhsil işçisi, əməkdar müəllimidir.