Ölkə 10:09 02.05.2013

Təhsil Nazirliyində yeni kadr təyinatı

Azərbaycan Təhsil Nazirliyində ilk yeni kadr təyinatı olub.

Təhsil Nazirliyindən Qaynar.info-ya verilən məlumata görə, TN-nin Aparat rəhbəri İlham Pirməmmədova yeni - ikinci müavin təyin edilib. Pirməmmədovun müavini hüquqşünas Mətin Eynullayevdir.

Pirməmmədovun birinci müavini isə Nəzakət Hacıyevadır.

Qeyd edək ki, aprelin 19-da ölkə Prezidenti İlham Əliyevin sərəncamı ilə Mikayıl Çabbarov Azərbaycanın təhsil naziri təyin edilib. Bundan əvvəl isə təhsil naziri Misir Mərdanov olub.

Qaynar.info