Ölkə 09:21 17.10.2013

Təhsil Nazirliyindən daha bir yenilik

Təhsil Nazirliyi ictimai təşəbbüslərin dəstəklənməsi üzrə yeni layihə müsabiqəyə başlayır.

Nazirliyin mətbuat xidmətindən Qaynar.info-ya verilən məlumata görə, qurum vətəndaş cəmiyyəti institutları və ayrı-ayrı tədqiqatçılar ilə təhsil sahəsində mövcud olan problemlərin araşdırılması və həll edilməsi yönündə sıx əməkdaşlığın qurulmasını əsas prioritet istiqamətlərindən biri hesab etdiyindən müvafiq layihələrin həyata keçirilməsinə xüsusi əhəmiyyət verir.

Azərbaycan Respublikası təhsil nazirinin əmrinə əsasən təşkil olunacaq “İctimai təşəbbüslərin dəstəklənməsi üzrə layihə müsabiqəsi”ndə iştirak üçün layihələrin qəbulu elan edilib. Müsabiqədə iştirak etmək istəyənlər noyabrın 20-dək müvafiq təkliflərini ənənəvi və ya elektron poçt ([email protected]) vasitəsilə təqdim edə bilərlər.

Qaynar.info