Ölkə 11:54 20.02.2019

Təhsil Şöbəsinə yeni müdir təyin olunub

Cəlilabad Rayon Təhsil Şöbəsinə (RTŞ) yeni müdir təyinatı olub.

Qaynarinfo "Report"a istinadən xəbər verir ki, bu vəzifəyə müvafiq əmrlə Qərənfil Əhmədova gətirilib.

Q.Əhmədova bu təyinata qədər şəhər 8 saylı məktəb-liseyin direktoru vəzifəsində çalışıb.

Xatırladaq ki, Cəlilabad RTŞ-nin müdiri vəzifəsini bu vaxta qədər Hafiz Cavadov icra edirdi.