Cənubi Koreyadan olan mütəxəssislər təcrübə əsasında müəyyən ediblər ki, tək yemək yemək insanın metobolizmasında problem yaradır və yediklərinin piy kimi yığılmasına gətirib çıxarır.
  
"Qaynainfo” xəbər verir ki, təcrübə 7752 nəfər arasında aparılıb. Onlardan gündə ən az neçə dəfə tək yemək yediklərini soruşub qrup halında qruplaşdırıblar. Məlum olub ki, yeməyi tək yeməyə üstünlük verənlərin metobolizmasında daha ciddi problemlər olur və onlar kökəlməyə meyilli olurlar.
 
 
Bu risk xüsusilə, kişilərdə öznü daha çox göstərir. Metobolizmada yaranan problemlərin qadınlarda 29% təşkil etdiyi halda, kişilərdə 45% olduğu müəyyən olunmuşdur.
 
Nərmin Həsənli
Qaynarinfo.Az