Dünya 15:00 24.09.2013

Tələbə qızın baldırında maraqlı ŞƏKİLLƏR

Amerikalı tələbə mühazirə və seminarlarda oturanda darıxırdı.

O, başını qatmaq üçün baldırına şəkillər çəkməyə, sonra da həmin şəkillərin fotolarını çəkib sosial şəbəkələrdəki profillərində yerləşdirməyə başlayıb.

2011-ci ildə başlanmış bu "macəra" indi həmin tələbə qızı çox məşhurlaşdırıb.
 

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, ABŞ-ın Massaçusets ştatındakı Emerson Universitetində oxuyan tələbə Cudi Stilin baldırlarındakı şəkillərin fotolarından ibarət sərgi də hazırlanır.

Tələbə qızın müəllimləri də artıq onun mühazirələrdə şəkillər çəkməsinə mane olmurlar.

 
"Professorlardan biri xahiş etdi ki, yeni kitabına illüstrasiyalar hazırlayım. Sənətimi bəyəndilər. Amma bütün mühazirələrdə oturub şəkil çəkməklə vaxt keçirmək niyyətində deyiləm. Bu, bir əyləncədir. Əsas məsələ təhsilimdir", - Cudi Stil bildirib.

Qaynar.info