Dünya 14:21 23.05.2013

Tələbələr küçələrə axışdı

Ölkə prezidentinin qadın azadlıqları haqqında verdiyi fərmanın ləğv edilməsi tələb edilir

Əfqan tələbələri ölkə prezidentinin qadın azadlıqları haqqında verdiyi fərmanın ləğv edilməsi tələbilə kabil küçələrinə axışıb. Qadınlara qarşı münasibətdə amansız olan taliban rejiminin devrilməsindən 12 il sonra keçirilən bu aksiya, hüquqlarla bağlı etirazın bir göstəricisi olub. 

Kabil universiteti qarşısında keçirilən kütləvi nümayişdə 200-ə yaxın tələbə iştirak edib, onlar qadına qarşı zorakılığın aradan qaldırılmasına dair fərmanın geri götürülməsini tələb edib. Həmin fərmanda azyaşlı qızların nikaha daxil olmasına və məcburi nikahkara qadağa qoyulması, ailə daxili zorakılığın cinayətə bərabərləşdirilməsi kimi məqamlar yer alır. 

Bundan başqa fərmana görə, cinsi zorakılığı həyata keçirən şəxslər bundan sonra zinakar qismində deyil, başqa maddə üzrə mühakimə olunması təklif olunur. Eyni zamanda bundan sonra borcların və mübahisələrin yatırılması üçün qadınların və ya qızların mübadilə edilməsi ənənəsi qadağan edilir. 

Xatırladaq ki, Əfqanıstan prezidenti Həmid Kərzai, beynəlxalq donorların tələblərinə uyğun olaraq qadın hüquqları haqqında fərmanı hələ 3 il əvvəl vermişdi.

Qaynar.info