Ölkə 19:37 19.07.2013

Tələbələr polisə "rüşvət" verdi

Türkiyədə tələbələr etiraz əlaməti olaraq polisə saxta dollar təklif edib

Türkiyədə tələbələr etiraz əlaməti olaraq polisə saxta dollar təklif ediblər. Anspress-in Türkiyə mətbuatına istinadən yaydığı xəbərə əsasən, Türkiyədə bir qrup tələbə aksiya təşkil edib. 

Aksiya iştirakçiları polisdən nəzarət altına alınan lisey və universitet tələbələrini sərbəst buraxmalarını tələb ediblər. Bundan sonra qəti təhlükəsizlik tədbirlərinə əl atan polislərə simvolik dollar verəndə polis və etirazçılar arasında insident yaşandı. 

Polis aksiyanı dağıtmaq üçün "bibər qazı"ndan istifadə edib. Bundan sonra etirazçılar şüarlar səsləndirərək ərazini tərk ediblər.