Foto 10:30 23.05.2019

Tələbələrin olduğu mikroavtobus aşdı: 2 ölü, 22 yaralı (FOTO/YENİLƏNİB)

Yevlaxda baş verən yol qəzasında 22 nəfər xəsarət alıb. 

Qaynarinfo ONA-ya istinadən xəbər verir ki, onlaredan biri hadisə yerində, digəri isə xəstəxanaya aparılarkən yolda ölüb. Ölənlərin hər ikisi qadındır. Onlar - 2006-cı il təvəllüdlü Sevindik Tamerlan qızı İmanzadə və Səadət Məzahir qızı Musayevadır.

Yaralılardan 21 nəfəri Yevlax Mərkəzi Rayon Xəstəxansına, 3 nəfəri isə Mingəçevir şəhər Xəstəxanasına yerləşdiriliblər. Xəsarət alanların əksəriyyəti Yevlax sakinləridir. 

09.47

Yevlaxda ağır yol-nəqliyyat hadisəsi baş verib. 

Qaynarinfo ONA-ya istinadən xəbər verir ki, hadisə Xaldan qəsəbəsi ərazisində qeydə alınıb.

Bildirilir ki, Yevlax-Xaldan-Mingəçevir istiqamətlərində hərəkət edən "Mercedes" markalı mikroavtobus rayonun Xaldan istiqamətində hərəkətdə olarkən təkəri partlayıb və avtobus idarəetmədən çıxaraq aşıb. Qəza nəticəsində, adı hələlik dəqiqləşdirilməmiş oğlan sərnişin yerindəcə dünyasını dəyişib. Mingəçevir xəstəxanasına çatdırılan yaralılardan gənc bir qız da orada keçinib.

Yaralılardan 7 nəfər Yevlax xəstəxanasına, 2 nəfərinsə Mingəçevir xəstəxanasına yerləşdirilib. Qəzaya düşənlərin əsaəsn Mingəçevirdə təhsil alan yevlaxlı tələbələr olduğu deyilir.

Faktla bağlı araşdırma aparılır.