Dünya 10:11 26.09.2018

Telefonunu çox sevən qıza "iPhone 6" formasında baş daşı qoyuldu (FOTO)

Rusiyanın Ufa şəhərində telefonunu çox sevən qıza ölümündən sonra "iPhone 6" formasında baş daşı qoyulub.

Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, qara qranitdən hazırlanan baş daşında dünyasını dəyişən gənc qızın fotosu, doğum və ölüm tarixi həkk olunub.

Həmçinin baş daşında səs düymələri, arxasında kamera, "Apple" firmasının loqosu və marka adı kimi detallar da yer alıb.

Ölən qızın ailəsi haqqında məlumat verilməsə də baş daşının hazırlanmasına 800 dollardan çox pul xərcləndiyi açıqlanıb.