Foto 23:10 28.08.2018

Telefonunuza bu mesaj gəlsə, əməl etməyin

Son zamanlar "Azərpoçt” MMC-nin köhnə loqosu ilə qurumun adından vətəndaşların mobil telefonlarına saxta mesajlar daxil olur.

"Azərpoçt” MMC-dən "Qafqazinfo”ya verilən məlumata görə, mesajların mövzusu təxminən belədir:

"”Təbriklər! Siz "İphone X” və ya "Hədiyyə Kartı” udmaq şansını qazanmaq üçün tərəfimizdən seçilmiş 10 istifadəçidən birisiniz!”.