"Telegram" messenceri texniki problemlər səbəbindən çöküb.

Trend-in məlumatına görə, messencerə qoşulmaq mümkün olmur. Belə ki, istifadəçilər ya ümumiyyətlə messencerin xidmətlərindən yararlana bilmirlər, bəzi istifadəçilər isə mesajların göndərilməsi və qəbul edilməsi zamanı problemlər yaranmasından şikayət ediblər.

Qeyd edək ki, texniki problemlər ən çox Avropa ölkələrində - Böyük Britaniya, İtaliya, İspaniya, eləcə də Qafqaz, Mərkəzi Asiya və Rusiyanın əksər şəhərlərində müşahidə olunur.