Maqazin 17:41 29.09.2014

Televiziyanın ən gənc xanımından cazibədar FOTOSESSİYA

AzVision.az-ın `Miss-Media` layihəsində sizi ölkə mediasının gözəl xanımları ilə tanış edirik. Rubrikanın budəfəki qonağı MuzTV-nin əməkdaşı Sevda Məmmədovadır.

Sevda Məmmədova 2 aprel 1994-cü ildə Bakıda anadan olub. 132/134 saylı Təhsil Kompleksində orta məktəbi bitirib. Hazırda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində oxuyur. 

2012-ci ilde Muz TV internet kanalında müxbir kimi fəaliyyətə başlayıb. Daha sonra isə həmin kanalda "Muz life" şou xəbərlərinin ve "Paparazzi" verilişinin aparıcısı olub. Hazırda da Muz TV-də jurnalist kimi çalışır.

- Əsəbli olanda alış-veriş etməyi xoşlayıram. Bu, məni çox sakitləşdirir. Bir də mənim Fifi adında bir itim var. Boş vaxt olan kimi onu da götürüb rəfiqələrimlə şəhərdə gəzirik- deyir Sevda.

Qaynar.info