Ölkə 15:41 22.11.2017

Telman İsmayılov Fransadan siyasi sığınacaq istədi

Azərbaycanlı iş adamı Telman İsmayılov Fransadan siyasi sığınacaq istəyib.

Qaynarinfo xəbər verir ki, bu barədə Teleqram sosial şəbəkəsindəki "Mash" kanalı məlumat yayıb.

Bildirilir ki, azərbaycanlı milyarder Provansda məskunlaşmaq üçün Fransaya müraciət edib. O, Fransa xüsusi xidmət orqanlarının əməkdaşları ilə görüşərək Rusiyanın güc sturukturlarının rəhbərləri ilə bağlı əlində kompromatların olduğunu bildirib. Telman İsmayılov bunların qarşılığında siyasi sığınacaq istəyib.

Qeyd edək ki, azərbaycanlı iş adamı Rusiya xüsusi xidmət orqanları tərəfindən qətllərdə və bir sıra başqa cinayətlərdə ittiham olunur. O, artıq beynəlxalq axtarışa verilib.