Ölkə 17:56 13.11.2017

Telman İsmayılov Türkiyədə gizlənir?

İki nəfərin qətlində ittiham olunan azərbaycanlı iş adamı Telman İsmayılov beynəlxalq axtarışa verilib.

"Qaynarinfo" "Qafqazinfo”ya istinadən bildirir ki, bu barədə Moskvanın Basman rayon məhkəməsinin mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, ötən həftə məhkəmə iş adamının qiyabi həbsinə qərar vermişdi. T.İsmayılovun vəkili Marina Rusakova bildirib ki, biznesmen hazırda Rusiyada deyil və məhkəmə qərarından şikayət edəcəklər.

Rusiya hüquq-mühafizə orqanlarındakı mənbə Telman İsmayılovun hazırda Türkiyədə ola biləcəyini iddia edib.

"Məlumatlara görə, o hazırda Türkiyədədir", - deyə mənbə vurğulayıb.

Amma bu informasiya hələlik rəsmi təsdiq olunmayıb.

Qaynarinfo.Az