Sağlamlıq 14:31 19.04.2018

Ötən il Azərbaycanda 37 min 618 qadın abort etdirib

Keçən il ölkə üzrə 37 618 qadın abort etdirib".

Qaynarinfo report-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Doğuşayardım Komissiyasının sədri, Səhiyyə Nazirliyinin baş mama-ginekoloqu Sevinc Məmmədova deyib.

Onun sözlərinə görə, onlar, əsasən, 18-25 yaş arası qadınlar olub: "Abortdan sonra ölkə üzrə heç bir fəsadlaşma baş verməyib, yəni ölüm halı qeydə alınmayıb. Abortlar rəsmi olaraq stasionarda qeydiyyata alınıb".

S.Məmmədova qeyd edib ki, nadir hallarda 18 yaşına çatmayan qadınlarda abort faktı olub: "Bunun da sayı keçən il çox az, təqribən, 5-ə yaxın olub".