Maqazin 13:20 16.03.2018

Təranə Qumral həbs xəbərinə sərt reaksiya verdi

Müğənni Təranə Qumralın barəsində qaldırılan cinayət işi barədə xəbərə reaksiyası gözlənilməz olub.

Qaynarinfo xəbər verir ki, yeniçag.az məsələ ilə bağlı müğənni ilə əlaqə saxlayıb. Onun suala cavabı belə olub:

"Mən bu barədə bir kəlmə də olsun danışmaq istəmirəm. Hazırda konsertdəyəm. Məni bu məsələyə görə narahat etməyin”.

Nazənin xanımdan üzr istəyəcəksinizmi sualına müğənninin cavabı belə olub:

"Dedim axı, susacam”.

Qeyd edək ki, müğənni Nazəninin vəkili Heyrat Qarayev Təranə Qumralın barəsində cinayət işi qaldırıldığını, onu 3 ilədək həbs cəzası gözlədiyini deyib.