İdman 09:52 26.09.2013

Terim: "Bir daha "Qalatasaray"a qayıtsam..."

"Qalatasaray"la yollarını ayıran Fatih Terim Floryada komandanın azarkeşləri ilə görüşündə maraqlı fikirlər səsləndirib.

Terim növbəti illərdə "Qalatasaray"a dönməsinin şərtini bildirib.

Təcrübəli mütəxəssis "Qalatasaray"dan üçüncü dəfə ayrıldınız, yenidən qayıdarsınızmı?" sualına belə cavab verib: "Bir daha "Qalatasaray"a qayıtsam, prezident kimi gələrəm".

"İmperator" ləqəbli mütəxəssis klub prezidenti Ünal Aysalla arasında olan gərginliyə münasibət bildirib: "Daha öncə müqavilənin müddətini bir illiyinə artırırdıq. Ancaq birdən müqavilənin müddəti iki ilə yüksəldi. Nə dəyişdi ki, müqavilənin müddəti iki il oldu? Guya telefonlara cavab verməmişəm. Mən telefon işlətmirəm qardaşım, işimi görürəm".

Qol.az