İdman 18:07 25.09.2013

Terimin imzaladığı sənəd

Türkiyə Futbol Federasiyasının (TFF) prezidenti Yıldırım Dəmirörən avqustun 22-də yığmanın yeni baş məşqçisi Fatih Terimlə birgə imzaladığı sənədi mətbuata təqdim edib.

Lent.az-ın məlumatına görə, Dəmirörən “Qalatasaray” rəhbərliyinin iradlarına cavab olaraq bu addımı atıb.

Klub rəsmiləri Terimin TFF-lə müqaviləsinin onlara göndərilməməsindən narazı idilər. Dəmirörən isə “Qalatasaray”ın sabiq baş məşqçisi ilə müqavilə bağlamadıqlarını söyləyərək, “Sadəcə, xatirə kağızı imzaladıq” deyə əlavə edib. Həmin sənəddə yazılıb: “Türkiyə Futbol Federasiyası adından İcraiyyə Komitəsinin sədri hörmətli Yıldırım Dəmirörən və hörmətli Fatih Terim arasında imzalanacaq müqavilənin Türkiyə futboluna xeyirlər gətirməsini arzulayırıq”.

Qeyd edək ki, “Qalatasaray” rəhbərliyi ötən gün Fatih Terimi baş məşqçi postundan istefaya göndərib. Səbəb kimi Terimin klubdan təklif olunan yeni müqaviləni imzalamaqdan imtina etməsi göstərilib.

Qaynar.info