Dünya 16:45 26.09.2013

Terror təşkilatından "Qərbə mesaj"


“Əş-Şabab” qruplaşması Keniyanı yeni terror hücumları ilə hədələyib.
Anspress-in Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, ektremist qruplaşmanın başçısı Əhməd Abdi Qodan Nayrobidə ticarət mərkəzinə edilən hücumu "Qərbə mesaj” adlandırıb.

Əhməd Abdi xalqa müraciət edərək, Keniya ordusunun Somalidən çıxarmağa çağırıb. “Əks halda Keniya öz torpağında yeni qan vannalarına hazırlaşmalı olacaq”, - deyə ektremist hədə-qorxu gəlib.

Keniya 2011-ci ildən “Əş-Şabab” qruplaşması ilə mübarizədə qonşu ölkəyə yardım etmək üçün öz qoşunlarını Somaliyə yeridib.

Qaynar.info