Dünya 10:41 26.09.2013

Terrorçular polis məntəqəsinə hücum etdi: ölənlər var


Hindistanın şimalındakı Cammu və Kəşmir ştatında polis məntəqəsi və hərbi baza terrorçuların hücumuna məruz qalıb.
APA-nın “RİA Novosti”yə istinadən xəbərinə görə, hadisə nəticəsində ən azı 12 nəfər ölüb, 10-dan çox adam yaralanıb.
 
Hərbi forma geyinmiş ekstremistlərin Xurinaqarda polis məntəqəsinə hücumu nəticəsində 4 polis və 2 mülki şəxs həlak olub. Binanın damına çıxan yaraqlılar asayiş keşikçilərinə qumbaralar atıblar. Bundan sonra terrorçular oğurladıqları yük maşını ilə qaçaraq yaxınlıqdakı hərbi bazaya hücum ediblər. Burada onlar 6 hərbçini qətlə yetiriblər. Hazırda yaraqlılar hərbi bazada mühasirəyə alınıblar.
 
Qeyd edək ki, Kəşmir Hindistanla Pakistan arasında mübahisəli ərazi sayılır. Burada dövlət sərhədi yoxdur, iki ölkənin ordularını bir-birindən nəzarət xətti ayırır.

Qaynar.info