Foto 23:59 16.08.2018

Tərtərdə itkin düşən yeniyetmə qız tapıldı (FOTO)

Tərtər rayonunda bir neçə gün əvvəl itkin düşmüş yeniyetmə qız tapılıb.

"Report"un Qarabağ bürosunun xəbərinə görə, avqustun 4-də itən 2001-ci il təvəllüdlü rayon sakini Nuranə Əhmədova Bakı şəhərindən tapılıb.

Evdən qaçan qızı yaxınları taparaq ailəsinə təhvil verib.