Foto 09:45 16.11.2017

Tərtərdə zəlzələ nəticəsində bir nəfər xəsarət alıb (FOTO)

Respublika ərazisində baş verən güclü zəlzələ nəticəsində ilk xəsarət faktı qeydə alınıb.

"Qaynarinfo" report-a istinadən xəbər verir ki, təbii fəlakət nəticəsində Tərtərin Qaziyan kəndində 1 nəfər yaralanıb.

1975-cii il təvəllüdlü kənd sakini Məmmədov Şahid İbrahim oğlu dağılan evin altında qalıb. Nəticədə evin dəmir konstruksiyası onun bel nahiyəsinə düşüb. Nəticədə Ş.Məmmədov ağır xəsarət alaraq "təcili tibbi yardım" maşını ilə xəstəxanaya çatdırılıb.






Qaynarinfo.Az