Ölkə 12:25 19.08.2018

Tərtərdən Qazaxa gedərkən yolda itkin düşən qadın tapılıb (FOTO)

Avqustun 7-də Tərtər rayonundan avtobusla Qazaxa gedərkən yolda naməlum şəraitdə itkin düşən qadın tapılıb.

Qaynarinfo "Report"a istinadən xəbər verir ki, 1989-cu il təvəllüdlü Hüseynova Könül Pünhan qızı yolda avtobusdan düşərək mağazaya getdiyini deyib, lakin geri qayıtmayıb.

Yaxınlarının bildirdiyinə görə, qadının itkin düşməsi barədə xəbəri oxuyan şəxs onun Bərdə rayonunda olduğunu polisə məlumat verib. Rayon Polis şöbəsinin əməkdaşları qadını taparaq ailəsinə təhvil veriblər.

Qadının ruhi xəstə olduğu bildirilir.