Foto 12:38 15.03.2018

Təyyarə qəzasında ölən qızın nişanlısından hər kəsi ağladan vida mesajı (FOTO)

İranda qəzaya uğrayan Türkiyəyə aid təyyarədə ölən 11 nəfərdən biri, biznesmen Hüseyn Başaranın qızı Mina Başaran bu gün torpağa tapşırılacaq.

Qaynarinfo Türkiyə KİV-inə istinadən xəbər verir ki, Başaran barədə qəzetə emosional ölüm elanı verilib. Nişanlısı Murad Gəzər "Kiçik qəlbli mələyim. Səni çox sevirəm. Məni gözlə. Murty-n" məzmunlu ölüm elanını dərc etdirib.

Mina Başaranın ailəsi isə çələng göndərmək istəyənlərə müraciət edərək bunun əvəzində Mehmetçik Fonduna ianə vermələrini istəyib.

Gülşən