Ekonomiks 13:36 19.01.2015

The Guardian: Rublun ucuzlaşması Azərbaycan iqtisadiyyatına zərbə vuracaq

Türkmənistanın valyutası artıq qiymətdən düşüb.

Rus rublunun ucuzlaşması Rusiyada çalışan vətəndaşlarının pul köçürmələrindən asılı olan doqquz ölkənin iqtisadiyyatı üçün ciddi təhlükə yaradır, The Guardian yazır.

Qəzet Dünya Bankının məlumatlarına istinad edərək yazır ki, ümumilikdə bu ölkələr 2015-ci ildə 10 milyard dollardan çox vəsait itirə bilərlər.

Yaranmış iqtisadi çətinliklər fonunda keçmiş sovet respublikalarından gəlmiş bir çox miqrantlar Rusiyanı tərk etmək barədə düşünürlər, The Guardian bildirir.

Britaniya qəzeti əlavə edir ki, bu ölkələrdən bəzilərində rublun düşməsi siyasi böhrana səbəb ola bilər.

Regionun iqtisadiyyatı sıx şəkildə əlaqəlidir və rus rublunun qiymətdən düşməsi Rusiyanın qonşularının valyutalarına da təsir göstərir, yazan The Guardian qeyd edir ki, artıq rublun ucuzlaşması Türkmənistan valyutasına da mənfi təsir göstərib və qazax təngəsinin də qiymədən düşməsinə gətirə bilər.

Dünya Bankının məlumatına görə, Ermənistan iqtisadiyyatının 21 faizi, Gürcüstan – 12 faiz, Qırğızıstan 31,5 faiz, Moldova 25 faiz, Tacikistan 42 faiz, Ukrayna 5,5 faiz, Litva 4,5 faiz, Azərbaycan 2,5 faiz və Özbəkistan iqtisadiyyatının 12 faizi Rusiyadan pul köçürmələrindən asılıdır.//365.az

Qaynar.info