Dünya 10:07 12.10.2018

"The Washington Post": ABŞ və Türkiyə razılığa gəldi, sanksiyalar başa çatır

Ankara və Vaşinqton amerikalı keşiş Endryu Bransonun azad edilməsi və ABŞ-ın Türkiyəyə qarşı tətbiq etdiyi sanksiyaların ləğv edilməsi barədə razılıq əldə edib.

Qaynarinfo ekonews-a istinadən xəbər verir ki, bu barədə "The Washington Post" qəzeti yazıb. Keşiş artıq cümə günü növbəti məhkəmə iclasından sonra azadlığa buraxıla bilər.

Qəzetin məlumatına görə, Amerika administrasiyası Branson işi ilə əlaqədar Türkiyəyə qarşı tətbiq edilmiş məhdudlaşdırıcı tədbirləri aradan qaldırmaq və bu cür yeni məhdudiyyətlər tətbiq etməmək barədə üzərinə öhdəlik götürüb.