Ölkə 15:34 15.07.2019

Ticarət mərkəzində 44 min 500 manatlıq oğurluq

Lökbatanda ticarət mərkəzində oğurluq edən paytaxt sakinləri A.Abbasov və T.Abbasov saxlanılıblar.

Daxili İşlər Nazirliyindən Qaynarinfo-ya verilən məlumata görə, Qaradağ RPİ 10-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində cari il martın 1-dən iyulun 13-dək olan müddətdə Lökbatan qəsəbəsi ərazisində yerləşən ticarət mərkəzindəki mağazaların birindən 44 500 manat dəyərində yuyucu toz oğurlamaqda şübhəli bilinən, həmin mağazada işləyən paytaxt sakinləri A.Abbasov və T.Abbasov saxlanılıblar.