Tiflisdə etiraz aksiyası dağıdıldı: yaralılar var (YENİLƏNİB)

Tiflisdə etiraz aksiyası dağıdıldı: yaralılar var (YENİLƏNİB)

Gürcüstan parlamentinin bütün girişləri aksiyaçılardan tam təmizlənib.

Qaynarinfo xəbər verir ki, qanunverici orqanın ətraf ərazisi xüsusi təyinatlıların nəzarətinə götürülüb. Aksiyanın dağıdılması zamanı saxlanılan və xəsarət alanların dəqiq sayı hələlik məlum deyil.

Hazırda Tiflis meriyasının nəzdindəki "Tbilservice Group” şirkətinin əməkdaşları parlamentin binası önündəki Rustaveli prospektində təmizlik işləri aparırlar. 

17.44

Xüsusi təyinatlılar Tiflisdə parlamentin ətrafını etirazçılardan təmizləməyə başlayıb.

Qaynarinfo xəbər verir ki, xüsusi təyinatlılar aksiya iştirakçılarının canlı səddini yarıb.

Hazırda Rustaveli prospektində aksiyanın dağıdılması davam etdirilir. Aksiya iştirakçıları ilə polis arasında qarşıdurma yaranıb. Buna baxmayaraq, polis aksiya iştirakçılarının quraşdırdığı çadırları dağıdıb və parlamentin iki girişi etirazçılardan təmizlənib. 

Aksiyanın dağıdılmasında su şırnağından da istifadə olunur, 10-dan çox etirazçı saxlanılıb.

XƏBƏRLƏR
BLOGLAR