İdman 20:10 03.02.2019

"Tobol" Emil Balayev üçün 101 min manat ödəyib?

Qazaxıstanın "Tobol" klubu Emil Balayev üçün "Səbail"ə pul ödəməyib. 

Qaynarinfo xəbər verir ki, bu barədə klubun direktoru Nikolay Panin açıqlama verib.

Klub rəsmisi bildirib ki, millimizin sabiq qapıçısını 52 min avroya (bu günkü məzənnə ilə 101 min manat) transfer etmələri ilə bağlı xəbəri təkzib edib: 

"Tobol" demək olar heç kimi almır. Bunu açıq mənbələrdə asan yoxlamaq olar. İndi 5 yeni futbolçu ilə müqavilə imzalamışıq. Bunlar Mixail Qordeyçuk, Ruslan Valiullin, Andrey Paseçenko, Aleksandr Kleşenko və Emil Balayevdi. Heyətə cəlb etdiyimiz futbolçuların hamısı azad agent kimi gəlib. Yəni, əvvəli klublarıyla müqavilələri artıq bitib və "Tobol"a havayı başa gəliblər. Bu yaxınlarda belə bir informasiya yayıldı ki, Balayevə görə 52 min avro pul ödəmişik. Bu, həqiqə uyğun deyil. Sadəcə, "Trasnfermarkt" yayıb. O, bizə azad agent kimi gəlib. Bunda Valeri Qazzayevin avtoriteti böyük rol oynadı".