Video 14:01 29.12.2018

Tofiq Heydərov: "AAAF dövlət büdcəsinə 5 milyondan çox vergi ödəyib" (VİDEO)

"Geridə qalan il Zirvə Beynəlxalq İdman klubları üçün bir sıra önəmli hadisələrlə yadda qaldı. Klubun həm paytaxtda, həm də bölgələrdə yeni idman obyektlərinin açılışları oldu, həmçinin klublarda çıxış edən idmançılar tarixi nailiyyətlər əldə etdilər.

Sahibkarlıq fəaliyyətlərimizdən isə onu deməliyəm ki, sevindirici haldır ki, dövlət büdcəsinə 5 miliondan artıq vergi ödəməyə nail olduq. Və üzərimizə düşən vergi öhdəliklərini bundan sonra da ödəməyi əsas vəzifəmiz sayırıq”.
 
Bütün bunlar və digər məsələlər haqqında Zirvə beynəlxalq idman klublarının prezidenti, sahibkar Tofiq Heydərov AAAF TV-yə müsahibəsində bildirib. 

Qaynarinfo sözügedən müsahibəni təqdim edir.