Xəbər lenti

Ölkə 20:30 14.02.2018

Tofiq Yaqublu “Müsavat” başqanının müavini vəzifəsindən uzaqlaşdırıldı

Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublu vəzifəsindən azad olunub.

"Report"un əldə etdiyi məlumata görə, bununla bağlı partiya başqanı Arif Hacılı sərəncam imzalayıb.

Buna səbəb T.Yaqublunun paralel olaraq Milli Şuranın üzvü olması göstərilib. Xatırladaq ki, Müsavat Partiyası həmin təşkilatdan 2013-cü ildə çıxıb.

T.Yaqublu sayta  açıqlamasında məlumatı təsdiqləyib. Lakin o, vəzifəsindən azad olunmasının səbəbləri barədə danışmaq istəmədiyini bildirib.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->