Ölkə 13:27 30.01.2013

Topalanan "5 qəpik"lər necə oldu?

"5 qəpik" kampaniyası  12 yanvar "Əsgər ölümlərinə YOX" aksiyasında iştirakına görə saxlanan, Nəsimi və Səbail məhkəmələri tərəfindən cərimələnmiş şəxslərin cəriməsini ödəməyə başlayır. Xatırladaq ki, sözügedən aksiyaya görə, ümumilikdə, 28 nəfər cərimələnib.


Aralarında tələbələrin və bəzi partiya fəallarının olduğu 14 nəfərlik qrupun cərimələri bu gün qəpiklərlə ödənəcək. (Ümumilikdə, 6050 AZN). Partiya üzvləri və ictimai fəallardan ibarət 14 nəfərlik qrup isə "Sərbəst toplaşma haqqında" qanuna edilmiş dəyişikliklərə etiraz əlaməti olaraq cəriməni ödəməkdən imtina edib. İmtina edilmiş və əlavə məbləğ isə müxtəlif səbəblərdən orduda vəfat etmiş əsgərlərimizin ailələrinə ianə ediləcək.

Ödənməsi prosesi, bu gün, saat 14.00-da, Nizami metrosu yaxınlığında, Murtuza Muxtarov 149 ünvanında yerləşən Müsbət Dəyişiklik Gənclər Hərəkatı ofisində (tel: 5964447, 0515882417) başlayacaq.

Kampaniyanın yekunları barədə ətraflı hesabat veriləcək.