İdman 12:27 08.08.2018

Topaz Premyer Liqası avqustun 10-da başlamayacaq

Topaz Premyer Liqasında 2018/19 açılış oyunu təxirə salınacaq.

Qaynarinfo Fanat.az-a istinadən xəbər verir ki, avqustun 10-da baş tutmalı olan "Qarabağ" - "Zirə" oyunu göstərilən tarixdə keçirilməyəcək.

Bu barədə Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov Belarusun BATE klubu ilə Çempionlar Liqasının oyunundan sonra açıqlama verib. 

"Açığı, öncədən belə fikirim yox idi. Qərarı bu görüşdən sonra verdik. Peşəkar Futbol Liqası və "Zirə”dən xahiş edəcəyik ki, matçın təxirə salınmasına razılıq versinlər" deyə Qurbanov bildirib.

Beləliklə, mövsümə avqustan 11-də keçiriləcək "Sumqayıt" - "Neftçi" oyunu ilə start verib. "Dalğa Arena"dakı qarşılaşma saat 20.00-da start götürəcək.

Qeyd edək ki, BATE-nin də Belarus Kubokununun "Qorodeya" ilə 1/8 final matçı və ölkə çempionatının Brest "Dinamo"su ilə XVIII tur qarşılaşması təxirə salınıb.

Onu da qeyd edək ki, "Qarabağ" Bakıda BATE-yə 0:1 hesabı ilə yenilib. Komandalar arasında cavab oyunu bir həftə sonra Belarusda baş tutacaq.