Teleaparıcı Zaur Baxşəliyevin təqdim etdiyi "Bizimləsən” verilişində gözlənilməz hadisə yaşanıb.

Musavat.com xəbər verir ki, xərçəng xəstəliyindən əziyyət çəkən əməkdar artist Tünzalə Əliyevanın proqramda ürəyi gedib.

Belə ki, eyni xəstəlikdən əziyyət çəkən 3 azyaşlının ona məktub yazması aktrisanı kövrəldib. Halı pisləşən aktrisa daha sonra özündən gedib. Əliyevanı canlı efirdə özünə gətirməyə çalışıblar.

Hazırda aktrisa həkim nəzarətindədir.