Video 23:17 03.08.2018

Tovuz sakini alternativ enerji mənbəyi yaradıb (VİDEO)

Tovuz sakini Vuqar Sadıqov elektrik enerjisi istehsal edən qurğu hazırlayıb.

Qaynarinfo "Xəzər TV"yə istinadən xəbər verir ki, onun hazırladığı qeyri-adi qurğu müxtəlif texnikaların hissələrindən yığılıb və 5 min manat vəsait hesabına ərsəyə gəlib.

Dağlardan süzülən su ilə çarx hərəkətə düşür, nəticədə də onun obyekti fasiləsiz elektrik enerjisi ilə təmin edilir.

Çarx 24 saat hərəkətdə olur. Bunun da müqabilində 3 kilovata qədər elektrik enerjisi əldə edilir və meşə ərazisində yerləşən istirahət mərkəzi 24 saat fasiləsiz elektrik enerjisi ilə təmin olunur.

Vuqarın fasiləsiz elektrik enerjisi ilə təmin etdiyi kafesi isə ətrafdakı istifahət mərkəzlərinə nisbətən daha çox qonaq-qaralı olur. Bu qurğudan əldə edilən enerji kafeyə gələn fotoqraf, musiqiçi və operatorların da işini xeyli asanlaşdırır.

Əraziyə istirahətə gələnlərin demək olar ki, hamısı bu çarxla şəkil çəkdirir, onun fəaliyyəti ilə maraqlanırlar. Hətta, şəxsi təsərrüfatlarında bu qurğudan quraşdırması üçün Vüqara təkliflər də gəlib.