Xəbər lenti

Ölkə 14:25 15.10.2013

Tovuz sakinini tanımadığı adam bıçaqladı - FOTO

Zərərçəkən bir neçə il Rusiyada yaşayıb

Ötən gün gecə saatlarında Tovuzda bıçaqlanma hadisəsi baş verib. ANS PRESS-in “Türkel TV”yə istinadən verdiyi məlumata görə. Abulbəyli kənd sakini 36 yaşlı Rövşən Həsənov naməlum şəxs tərəfindən bıçaqlanıb. Zərərçəkənin bildirdiyinə görə, onu bıçaqlayan şəxs tanımadığı avtomobil sürücüsü olub. Yolda hərəkətdə olan Rövşən Həsənov qarşıdan gələn avtomobilin onun güzünə işıq saldığını əl işarəsi ilə bildirən zaman əsəbləşən sürücü avtomobildən düşərək ona qəfildən bir neçə bıçaq zərbəsi vuraraq hadisə yerindən uzaqlaşıb. Zərərçəkənin atası Çingiz Həsənov isə oğlunun oktyabrın 14 - də Tovuzda toy şənliklərindən birində iştirak etdiyini və hadisənində məhz bundan sonra baş verdiyini bildirib. Onu da qeyd edək ki, zərərçəkən Rövşən Həsənov bir neçə il Rusiyada yaşayıb. Təxminən 2 il olar ki, vətəninə qaydaraq taksi fəaliyyəti ilə məşğul olur. Faktla bağlı Tovuz rayon polis şöbəsində araşdırma aparılır.


Qaynar.info
 

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->