Ölkə 14:40 11.12.2017

Tovuzda "Mercedes" hərbçiləri daşıyan maşınla toqquşdu: yaralı var

Tovuz rayonunda yol qəzası baş verib.

Qaynarinfo xəbər verir ki, Trend-in məlumatına görə, radisə rayon ərazisində baş verib.

Rayonun girişində "Mercedes" markalı avtomobil hərbçiləri daşıyan maşınla toqquşub. Hadisə nəticəsində "Mercedes" markalı avtomobildə olan sərnişin, Abulbəyli kənd sakini, 1968-ci il təvəllüdlü Qasımova Rübabə Mirzə qızı müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırmalar aparılır.