Braziliyada keçirilən toy mərasimlərindən birində dəhşətli hadisə yaşanıb.

Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, bəy-gəlini mərasim yerinə gətirən vertolyot eniş edərkən yerə çılpılıb və yanmağa başlayıb.

Qonaqların köməkliyi ilə onlar yanan vertolyotdan çıxarılıb. Xoşbəxtlikdən xəsarət alan olmayıb.

Sözügedən hadisənin videogörüntüsünü sizlərə təqdim edirik: