Maqazin 09:42 21.04.2015

Toya hazırlaşan məşhur müğənninin çılpaq şəkilləri yayıldı - FOTO

Məşhur müğənni Rihanna "İnstaqram" hesabında açıq fotosessiyasının kadrlarını paylaşıb. Anspress-in məlumatına görə, 27 yaşlı müğənni öz pərəstişkarlarını Havay sahillərində çəkdirdiyi erotik şəkilləri ilə sevindirib. 

Fotolarda yalnız alt paltarda olan Rihanna hovuz ətrafında poza verir. Ulduz həmçinin növbəti dəfə imic dəyişikliyi edib. Rihanna saçlarını kürən rəngə boyayıb.

Xatırladaq ki, müğənni artıq bir həftədir Havay adalarındadır. Məhz burada yaxın vaxtlarda Rihannanın rəfiqəsi və assistenti Cennifer Rosalesin toyu olacaq.






Qaynar.info