Sağlamlıq 17:19 28.01.2019

Toyuqlar xərçəng əleyhinə dərman yumurtalayacaq

Şotlandiyanın Edinburq şəhərindəki Roslin Texnologiya Universitetinin mütəxəssisləri xərşəng əleyhinə dərman yumurtalayan toyuq yaratmağa nail olublar.

Qaynarinfo xəbər verir ki, professor Lissa Herron və komandası insanlarda protein istehsal edən geni yumurta ağını istehsal edən DNT koduna əlavə edib. Yumurta ağı insana lazım olan proteinlə zəngindir. Tədqiqat zamanı diqqət virus və xərçəng hüceyrələri əleyhinə mübarizə aparan "IFNalpha2a" və zərər dəymiş hüceyrələrin bərpasına kömək edən "macrophage-CSF" proteinlərinə yönəldilib. 

Xəstəliklərin müalicəsi dərmanlar vasitəsilə həyata keçirmək mümkündür, lakin əldə edilən dərmanlar geni dəyişdirilmiş toyuq yumurtasına sərf edilən məbləğdən 10-100 dəfə baha başa gəlir. Bir doza dərmanın istehsalı üçün isə 3 belə toyuq yumurtası lazım olur. 

Tədqiqatçılar bildirir ki, metodun tətbiqi 10-20 il ərzində mümkün ola bilər.

Gülşən