İdman 19:42 21.10.2019

"Traktor"dan 4:0 hesablı qələbə

İran çempionatında VII turun oyunları keçirilib.

Qaynarinfo xəbər verir ki, Cənubi Azərbaycanı təmsil edən "Traktor” səfərdə "Nassaji Mazandaran"la qarşılaşıb. Görüş Təbriz klubunun 4:0 hesablı qələbəsi ilə başa çatıb.

"Traktor"un heyətində Sasan Ansari dubl edib, Uilyam Mimbela və Yukiya Suqita bir qol vurub.

Qeyd edək ki, bu qələbə ilə xalını 17-ə yüksəldən "Traktor" "Sepahan"la 1-2-ci pillələri bölüşdürür.